"Neftçi" Türkiyədəki toplanışa 23 futbolçu ilə yollanır

"Neftçi" Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışına yollanan futbolçuların adlarını açıqlayıb.

Metbuat.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampf hazırlıq prosesinə 23 oyunçu ilə start verəcək.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. Komanda iyulun 6-da "Sakaryaspor"la üz-üzə gələcək.

Paytaxt təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i səfərdə, cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR