Gəncədə yol polisi əməkdaşına xəsarət yetirilib

11:32 19 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 11:27 ]

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yol polisi əməkdaşına qarşı zorakılıq edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru Amil Hüseynov Kəpəz rayon Polis İdarəsinə raportla müraciət edərək bildirib ki, şəhərin N. Nərimanov küçəsində xidmətdə olarkən sürücüsü sərxoşluqda şübhəli bilinib, “Mercedes” markalı avtomobil saxlanılıb. Sərxoşluğu yoxlamaq məqsədi ilə avtomobilin sürücüsü Təyyar İmanova müayinədən keçmə təklif olunub.

 

Əvvəlcə müayinə olunmağa etiraz edən sürücü daha sonra razılıq verib. Avtomobili cərimə meydançasına aparan zaman avtomobildə olan sərnişin Rahib Tarverdiyev Yol Patrul Xidmətinin inspektoru Qara Abbasova nalayiq sözlər deyərək ona əl ayaq zərbələri vuraraq xəsarət yetirib. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR