İranın paytaxtı Tehranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.
Metbuat.az "Mehrnews"ə istinadən xəbər verir ki, Ceyhun Bayramovun İranın digər yüksək səviyyəli rəsmiləri, o cümlədən İran prezidenti İbrahim Rəisi və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşləri nəzərdə tutulub.