Əfqanıstan ərazisindən Özbəkistana raket atıldı

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən raket atılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 5 iyul tarixdə saat 16.20-də Termez şəhərinə Əfqanıstan ərazisindən atıldığı ehtimal edilən 5 raket düşüb. Hadisə nəticəsində heç bir partlayış və insan tələfatı qeydə alınmayıb. 4 şəxsi evə yüngül zərər dəyib. İnsidentin səbəblərini araşdırmaq üçün Əfqanıstan tərəfi ilə müzakirələr aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR