Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo vəfat etdi.

Metbuat.az xəbər verir ki, bu barədə Mele Kolo Kyari - Nigeriya Milli Neft Korporasiyasının rəhbəri öz “Tvitter” platformasında məlumat yayıb.

Qeyd edilib ki, 65 yaşlı Məhəmməd Sanusi Barkindo dünən vəfat edib.