Futbol dünyasını çalxalayan transfer:

“Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldonun yeni klubu “Barselona” olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb. Bildirilir ki, hücumçunun meneceri Jorje Mendes transferin detallarını müzakirə etmək üçün Barselona şəhərinə gedib. İddialara görə, Ronaldo “Barselona”da oynamaq üçün məvacibində güzəşt etməyə hazırdır. Qeyd edək ki, Jorje Mendes Ronaldodan əlavə Bernardo Silva, Rafa Leao və Ruben Nevesin də meneceridir. Mendes bu futbolçuların da “Barselona”ya mümkün transferini müzakirə edəcək.

Qeyd edək ki, Ronaldo bundan əvvəl “Barselona”nın əzəli rəqibi “Real Madrid” klubunda forma geyindiyi üçün hücumçunun transfer xəbəri paytaxt təmsilçisinin fanatlarında etiraz yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR