Şamaxıda marketdə nöqsanlar aşkar olunub -

Şamaxıda fəailiyyət göstərən marketdə nöqsanlar aşkar olunub.

Bu barədə Metbuat.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA əməkdaşları tərəfindən Şamaxı rayonu, Qaravəlli kəndində fəailiyyət göstərən, fiziki şəxs Zayıdov Toğrul Malik oğluna məxsus marketdə aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı aşkar edilib. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, ağzı kip bağlanan, qoxu yaymayan qapaqlı tullantı qablarından istifadə edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR