"Lex" "Qarabağ"la oyun üçün Bakıya yola düşüb -

Polşanın "Lex" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.

Metbuat.az xəbər verir ki, Polşa təmsilçisi çarter reysi ilə Azərbaycana yola düşüb.

Qeyd edək ki, iyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR