Futbol azərkeşlərini üzən xəbər:

PSJ klubu Kriştiano Ronaldonu transfer etməkdən imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Bildirilir ki, Ronaldonun meneceri hücumçunu PSJ-yə təklif edib. Lakin Fransa təmsilçisi təklifi rədd edib. İddialara görə, PSJ əvvəlcə Messi-Ronaldo tandemini reallaşdırmağa müsbət yanaşıb. Lakin sonra klub rəhbərləri fikrindən daşınıb.

Ehtimal edilir ki, buna Messi mane olub. İddialara görə, Messi PSJ rəhbərliyini Ronaldonun transfer olacağı təqdirdə komandanı tərk edəcəyi hədələyib. Digər iddiaya görə, PSJ rəhbərliyi klubda çox sayda ulduz futbolçunun olduğunu və məvaciblərin çox olduğunu nəzərə alaraq təklifi rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR