"Qarabağ" - "Sürix" matçı üçün biletlərin qiyməti

"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.

"Qarabağ"ın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, azarkeşləri biletləri iyulun 15-də saat 11:00-dan əldə edə biləcəklər.

Qiymətlər müvafiq olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn qaydada, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək olar.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR