Aykidoçularımız dünya yığmasının heyətinə daxil olublar

Azərbaycan aykidoçuları ABŞ-ın Birmingem şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış ediblər.

Metbuat.az “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birliyinə (AAAKİB) istinadla xəbər verir ki, 100 ölkədən 3 min 600-dən çox atletin qatıldığı yarışda ölkəmizi Fəxri Qafarlı və Çingiz Məmmədov (hər ikisi 3-cü dan qara kəmər sahibi) təmsil ediblər. Dünya Oyunlarına aykidoçularımız AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar.

Yarışda təmsilçilərimiz 32 idmançıdan ibarət olan aykido üzrə dünya yığmasının heyətinə daxil olmağı bacarıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR