"Ermənistanın ikitərəfli danışıqlara razılaşması İlham Əliyevin siyasi qələbəsidir" -

"Rəsmi Brüssel ikitərəfli danışıqlara başlanmasını Ermənistan tərəfinə daima xatırladıb. Ermənistan ikitərəfli danışıqlara getməklə, Minsk qrupu və "status" məsələsində, həmçinin Qarabağin kiçik bir hissəsindən hərbçilərini geri çəkməsini qəbul edib. Ermənistanda müxalifətin etirazları fiaskoya uğradıqdan sonra Nikol Paşinyan ikitərəfli danışıqlara razılıq verdi".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. Onun fikirlərinə görə, Ermənistanın ikitərəfli danışıqlara razılaşması Azərbaycanın bütün təkliflərini qəbul etməsi, prezident İlham Əliyevin bu məsələdə siyasi qələbəsidir.

"Həmçinin Tiflisin seçilməsi də Azərbaycanın seçimidir. Bu da Brüssel tərəfindən müsbət qarşılanıb. İkitərəfli danışıqların davam etməsi irəliləyişə gətirib çıxara bilər. Əgər Ermənistan tərəfi ikitərəfli danışıqlarda maraqlı olmasaydı Tiflisdə görüş baş tutmayacaqdı. Bundan əlavə ikitərəfli danışıqlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban bayramında Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışıqlarında bu məsələnin razılaşdırılması istisna deyil".

Politoloq qeyd etdi ki, Türkiyə də bu prosesdə Ermənistana müəyyən təsir edir.

"Ermənistanla Türkiyə bir neçə məsələdə razılıq əldə edib. Təbii ki, ardınca Ermənistan Azərbaycanla danışıqlarda ikitərəfli formata razılıq verməyə bilməzdi. Bundan əlavə, Türkiyə Ermənistan əlaqələrinin normallaşması paralel olaraq Azərbaycanla koordinasiyali şəkildə aparılır".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR