Azərbaycanda bir qəsəbədə 58 nəfər xəstəxanalıq oldu -

Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə bir gündə xəstəxanaya müraciət edən 58 nəfərin səhhətində problem yarandığı barədə məlumay yayılıb.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub:

“Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR