Postmüharibə dövründə qazilərimizin reabilitasiyasına ciddi önəm verilib -

"Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib".

Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, əzalarını itirmiş qəhrəmanların 200-nə ən müasir 4-cü nəsil elektron tam funksional protezlər qoyulub: "Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR