“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını, eyni zamanda, Türkiyə və BMT-nin, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və Baş katib Antonio Quterreşin uğurlu vasitəçilik səylərini alqışlayır”.
Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN “Twitter” səhifəsi məlumat yayıb.
“Biz sazişin tezliklə həyata keçirilməsini gözləyirik”, - qeyd olunub.