İsrail səfirinin Təbrizlə bağlı kitabı trendə çevirdi -

Xəbər verdiyimiz kimi, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib.

Metbuat.az xəbər verir ki, həmin paylaşım dünəndən etibarən yenidən gündəmə gəlib. Belə ki, Corc Dik öz sosial şəbəkə hesablarında sözügedən kitabın müxtəlif vaxtlarda hədiyyə edildiyi xarici Prezident və digər rəsmi şəxslərin fotolarını yaymağa başlayıb.

Bu şəxslərin sırasında Roma papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, Andorranın Baş naziri Xavier Espot Zamora, 2014-cü ildə Sülh üzrə Nobel mükafatını qazanan Kailash Satyarthi də var.

Ardınca isə “MysteriousTalesofTabriz” həştəqi sosial şəbəkələrdə trendə çevrilib.

Həmçinin oxuya bilərsiniz: İsrail səfirinin paylaşımı iranlı həmkarını niyə narahat etdi? - ŞƏRH

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR