Yeni təyin olunan icra başçıları

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev Göygöl, Lerik və Masallıya yeni icra başçıları təyin edib.

Metbuat.az xəbər verir ki, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. E. Paşayev 2000-ci ildə Bakı Dövlət Universtitetinin Regionşünaslıq fakultəsinin bakalavr dərəcəsini,2007-ci ildə Regionşünaslıq fakultəsinin magistr dərəcəsini, 2009-cu ildə isə Dövlət İqtisad Universtitetinin maliyyə-kredit fakultəsini bitirib. E.Paşayev əvvəlki dövrlərdə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin rəisi və aparat rəhbərinin müavini vəzifələrini icra edib. Prezident İlham Əliyev iyunun 23-də imzaladığı "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncama əsasən Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Lerik Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Əkbər Bəxtiyar oğlu Abbasov daha əvvəl Kənd Təsərrüfatı Nazriliyinin nəzdində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini, daha sonra isə direktoru vəzifəsində çalışıb. Eyni zamanda onun adına 2004-2005-ci illər üçün Prezident təqaüdçülərinin sırasında da rast gəlmək mümkündür.

O, İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Tələbəlik illərində Prezident təqaüdçüsü olub.

Masallıya təyin olunan Araz Süleyman oğlu Əhmədov haqqında isə hansısa məlumata rast gəlmək mümkün olmadı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR