Ukrayna ordusundan ruslara sarsıdıcı zərbə: Komanda mərkəzi bombalandı -

Ukrayna ordusu Luqansk vilayətində mehmanxana binasını bombalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Məlumata görə, Rusiya ordusunun komanda mərkəzi kimi istifadə etdiyi binanın bombalanması nəticəsində 100 rus hərbçisi həlak olub. Çox sayda yaralının olduğu bildirilir. Bildirilir ki, Ukrayna kəşfiyyatçıları binanın Rusiya ordusu tərəfindən komanda mərkəzi kimi istifadə etdiyini müəyyən edəndən sonra ərazi atəşə tutulub.

Binada dinc insanların olmadığı irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR