Xəbər verdiyimiz kimi, Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan "Bellator”da döyüşə çıxıb. Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub. Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.
Metbuat.az xəbər verir ki, azərbaycanlı döyüşçü artıq Vətənə qayıdıb. Sevənləri idmançını hava limanında coşqu ilə qarşılayıblar.
Həmin görüntüləri təqdim edirik: