Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib -

Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zaman bəzi rayon sakinləri tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb.

Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokollar tərtib olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR