Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 4-də Lerik və Astara rayonları, eləcə də Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək.

Metbuat.az-a Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, qəbul Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR