Azərbaycanda ana 13 yaşlı qızından narkokuryer kimi

Narkotacirlər ölkəmizin ərazisinə narkotikləri qaçaqmalçılıq yollarıyla keçirmək üçün müxtəlif yollara əl atırlar. Vətəndaşların əl yüklərində, üzərində və xüsusilə təhlükəli hesab edilən daxili orqanlarında - mədələrində, bağırsaqlarında qaçaqmalçılıq faktları aşkar edilməkdədir.

Metbuat.az xəbər verir ki, Azərbaycanda narkotik satışını təşkil edən bir qadın isə 13 yaşlı qızını narkokuryerliyə cəlb edib.

Həmin qadın polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı ələ keçirilib. Onun barəsində müvafiq həbs qərarı çıxıb.

13 yaşlı qızın isə mənəvi-psixoloji durumunu öyrənmək və qayğı göstərmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət olunub.

Ətraflı İTV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR