Məktəblərə rus bölməsi üzrə qəbulda yaranan çətinliklər -

“Qızım bu il birinci sinfə getməlidir, lakin yaxınlıqdakı məktəb uşağı qəbul etməkdən imtina edir. Uşaq rus bölməsi üzrə müsahibədən uğurla keçsə də, ona yer tapılmır...”

2022-2023-cü təhsil ilində məktəblərə şagird qəbulu prosesində rus bölməsi üzrə övladını məktəbə yerləşdirmək istəyən valideylərin bir çoxu yuxarıda qeyd olunan problemi yaşadı.

Məsələ ondadır ki, valideynlərin qeydiyyat ünvanı yaşadığı ərazi ilə eyni olmadığı üçün onların övladlarına ərazidə olan məktəblərdə rus bölməsi üzrə yer çatışmazlığı problemi yaranırdı.

Problem bu gün Təhsil Naziri Emin Əmrullayevin keçirdiyi mətbuat konfransında da səsləndirildi. Nazir bildirdi ki, nazirliyin məqsədi qanunvericiliyə müvafiq olaraq bütün uşaqlara ana dilində təhsil şəraiti yaratmaqdır.

“Biz çalışırıq ki, uşaqlar öz doğma dilində təhsil alsın. Hər bir uşağın yaşadığı yerə yaxın məktəbə getməyə haqqı var. Amma valideyin istəyirsə övladı rus dilində təhsil alsın, bunu üçün o yer tapılmadığı təqdirdə vakant şagird yeri olan məktəbə üz tuta bilər. Hazırda rus dili üzrə təhsil verən məktəblərdə stabil vakant yerlər var. Ərazidə 300 adam yaşayırsa bizim həmin yerdə rus bölməsi üzrə 100 yerimiz varsa biz 100 nəfəri o bölməyə qəbul edəcəyik. Əksi mümkün deyil”.

Nazir onu da qeyd edib ki, həmin ərazidə qeydiyyatlı yaşayan, bacı-qardaşı həmin məktəbdə təhsil alan vətəndaşların hüquqlarını təmin etmək məqsədilə açılmış şagird yerlərinin müəyyən faizinə tətbiq edilib. Hazırda həmin məktəbdə mövcud siniflərdə şagird yerləri müəllimlərin dərs deyəcəyi sinif otağının tutumuna uyğun olaraq tutulub. Vətəndaş yer olmadığı təqdirdə həmin ərazidə yerləşən digər ümumi təhsil məktəblərindən birinin Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR