Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Əddis-Əbəbədəki səfirliyində xarici diplomatlar qarşısında çıxış edərək ABŞ-nin növbəti hədəfinin Çin olduğunu deyib. O bildirib ki, Qərb qıcıq yaradan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.

Politoloq Zaur Məmmədov saytımıza bildirdi ki, Çinin ambisiyaları artsa, Rusiyaya qarşı edilənlər Çində də baş verə bilər:

"Rusiyadan sonra növbə birqütblü dünyaya qarşı mübarizə aparan beynəlxalq subyekt və aktorlara qarşı olacaq. Biz bu gün ABŞ, Rusiya, Çin, Braziliya, Hindistan, Türkiyə kimi çox böyük ambisiyaları olan regional, hətta qonşu regionları da əhatə edən güc mərkəzlərinin formalaşmasının şahidiyik. Təhlükə isə bu güc mərkəzlərinin ABŞ-yə qarşı birləşməsidir ki, hazırda buna qarşı da mübarizənin Ukraynada davam etməsini görürük. Sözsöz ki, Çini gücləndirən elə vaxtilə ABŞ və orada olan bəzi qruplar idi və hazırda da Pekinin arxasındadırlar. Lakin əgər Çinin gələcəkdə siyasi iddiaları genişlənərsə, sözsüz ki, ABŞ Rusiyaya qarşı atdığı addımlarını Çinə qarşı da atacaq. Çinin də kənarlarında bir çox subyektləri vardır ki, orada ABŞ və Çin arasındakı mümkün toqquşma istisna deyil. Yaxın illərdə bu toqquşma gözləniləndir".

Ermənilər türk və kürd qəbiristanlığını dağıtdılar - Ölülərimizi də RAHAT BURAXMIRLAR | IRAVAN-2018

Zaur Məmmədov

Lavrova gəlincə, politoloq bildirir ki, burada məqsəd Rusiya və Çini yaxınlaşdırmaqdır:

"Lavrova gəlincə, onun fikirlərində Çini və Rusiyanı yaxınlaşdırmaq dayanır. Məlumdur ki, Çin Rusiyanın məğlub olmasını istəmir. Bilir ki, Rusiyadan sonra növbəti hədəf Çin olacaq. Amma digər tərəfdən Ukrayna hadisələrində də Çin ehtiyatlı hərəkət edir. Sanksiyaların Çinə çatmaması üçün özünü Moskvadan məsafəli saxlayır. Buna misal olaraq müharibə vaxtında Rusiyanın hər istəyinə Çinin razılaşmamasını göstərə bilərik. Amma, əlbəttə ki, onlar arasında gizli anlaşmalar da mövcuddur".

Gülər Seymurqızı