Putindən Ərdoğana 15 milyard dollarlıq jest:

Rusiya Türkiyədə inşa edilən Akkuyu nüvə stansiyana sərmayə üçün 15 milyard dollar ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, Rusiya Atom Enerjisi İdarəsi 15 milyard dolları hissələr formasında Türkiyəyə göndərməyə başlayıb. Rusiya bu məbləğin bir hissəsini ödənişlər üçün xərcləyək. Digər hissəsini isə başqa xərclər üçün Türkiyədə saxlayacaq.

Ekspertlər, Rusiyanın Türkiyəyə 15 milyard dollarlıq sərmayəsini taxıl dəhlizindəki səylərinə görə, Prezident Vladimir Putinin Rəcəb Tayyib Ərdoğana jesti kimi dəyərləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR