Çinin raket modulu nəzarətdən çıxdı: Yaşayış zonalarıyla toqquşma riski var

Nəzarətdən çıxmış Çin raket gücləndiricisi bazar günü Yerə qayıdacaq və yaşayış məntəqələrində quruya düşə bilər.

Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, Çinin iyulun 24-də yeni "Tiangong" kosmik stansiyası üçün buraxdığı digər modul indi Yerə doğru geri qayıdır.

Onun bazar günü səhər tezdən Yerə - insanların məskunlaşdığı əraziya düşəcəyi ehtimal edilir.

Dağıntıları izləyən ABŞ-ın "Aerokosmik Korporasiya"sı dağıntıların düşə biləcəyi dəqiq harada olduğunu bilmək üçün hələ tez olduğunu söyləyib. Bildirilib ki, bu ölçüdə tullantı Yer atmosferində yanmayacaq.

Lakin Aerokosmik Korporasiyanın digər məsləhətçisi isə yerdəki insanlar və əmlak üçün ümumi riskin kifayət qədər aşağı olduğunu deyib, çünki Yer səthinin 75 faizi su, səhra və ya cəngəllikdir.

Qeyd edək ki, Çinin raketləri ilə bağlı problemin kökündə ölkənin buraxılış prosesinin riskli dizaynı dayanır. Adətən, atılan raket pillələri qalxdıqdan dərhal sonra, adətən, su üzərindən atmosferə yenidən daxil olur və orbitə çıxmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR