Vaksinasiya olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1994 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 340, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1241, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 249 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13816323, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5366563, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4857770, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3337654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254336 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR