Gürcüstandakı vəziyyət Azərbaycanın kəmərlərinə təhlükə yarada bilərmi? – AÇIQLAMA

Gürcüstanda "Xarici agentlər haqda" qanun layihəsinin müzakirəsinin ölkədə yaratdığı siyasi böhran davam edir.

Hazırda bir çoxlarını düşündürən suallardan biri də Gürcüstan ərazisindən keçən Azərbaycanın neft-qaz kəmərlərinin təhlükəsizliyi ilə bağlıdır.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Tural İsmayılov hesab edir ki, xaotik vəziyyət yaranarsa, Azərbaycanın neft-qaz kəmərlərinin təhlükəsizliyinə hansısa maneələr istisnadır:

"Savaş fleytası" -

“Gürcüstandan keçən Azərbaycanın neft-qaz kəmərləri həm də Qərb üçün böyük əhəmiyyətə malikdir. Regionda sabitlik və eyni zamanda ictimai stabilliyi pozmağa çalışan bu təhlükəli tendensiyalar daha əvvəllər də icra edilməyə çalışılıb.

Bu gün Qərbin məqsədi Ermənistan vasitəsilə kiçik meydan yaratmaq, Gürcüstan vasitəsilə burada özünün nüfuz agentlərini formalaşdırmaqdır. Son illər boşluqlar sayəsində Qərbin fondları Gürcüstanda böyük imkanlar əldə ediblər.

Hazırda Gürcüstandakı vətənpərvərlər bu qanun layihəsinin qəbul edilməyini dəstəkləyirlər. Çünki başa düşürlər ki, bu, Gürcüstanın dövlətçiliyinin və eyni zamanda regional sülh və sabitliyin təminatı üçün də mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, Qərb növbəti dəfə saxta addımlar ataraq Gürcüstanın əldə etdiyi ictimai siyasi sabitliyi pozmağa çalışır”.

2000-ciillərin əvvəllərində Azərbaycanla bağlı belə addımların atıldığını xatırladan politoloq qeyd edib ki, onlar həmin dövrdə Sorosçu fondlar vasitəsilə Azərbaycanda vətəndaş qarşıdurması, ictimai xaos elementləri yaratmağa çalışırdılar:

“Uzaqgörən xalqımız və dövlətçiliyimiz möhkəm özüllər əsasında olduğu üçün Qərbin neoimperialist qüvvələri həmin dövrdə istədiyi təhlükəli layihələri ölkəmizdə həyata keçirə bilmədilər. Hesab edirəm ki, hazırda Gürcüstanın Baş naziri İrakli Kobaxidze güclü bir hakimiyyət formalaşıbdır. Ona görə də Qərbin buradakı hədəflərinə nail olacağını düşünmürəm”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı