Yerli və beynəlxalq seminar və konfransların iştirakçısı olan İlhamə Piriyeva böyük təcrübəyə malik həkim kosmetoloqdur. Bu illər ərzində ölkəmizdə uğurla çalışan peşəkar həkim əldə etdiyi nəticələrlə pasiyentlərin böyük inamını və rəğbətini qazanıb.

"Müasir estetik təbabətdə pasiyentin bütün problemlərini aradan qaldıra biləcək təklikdə universal bir prosedur və ya texnika yoxdur. Pasiyentlər iynələr üçün yox, yaxşı nəticə üçün müraciət edirlər. Biz isə çox yaxşı bilirik ki, bu kompleks tədbirlərin köməyi ilə mümkündür. Buna görə də pasiyentin vəziyyətini düzgün qiymətləndirib, ona individual prosedurlar toplusu seçmək lazımdır",- İlhamə Piriyeva qeyd edib.

Xatırladaq ki, İlhamə Piriyeva uğurlu fəaliyyətinə və son illər ərzində qazandığı nailiyyətlərə görə, bir müddət əvvəl “Reputation Inc.” PR və Event şirkətinin təşkilatçılığı ilə "Four Seasons Baku" hotelində baş tutan “Global Woman Awards” layihəsinin qala gecəsində mükafatla təltif olunub.