Bakıda qadını avtomobil iki dəfə vurdu

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücüsü, 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub.

Daha sonra “Mercedes”-i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirərək G.Məmmədovanı ikinci dəfə vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR