"Azərkosmos" Aralıq dənizində peyk və rabitə xidmətləri göstərməyə başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos" İsveçrənin “Signalhorn” şirkəti arasında növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.

Metbuat.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Müqaviləyə əsasən “Signalhorn” “Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən dənizdə internet xidmətləri təqdim etməyə başlayıb. "Azerspace-1" peykinin resursları “Signalhorn” şirkətinə məxsus teleportdan birbaşa Aralıq dənizində hərəkət edən kruiz gəmilərinə ötürülür.

"Azərkosmos" qlobal peyk rabitəsi bazarının əsas seqmentlərindən biri olan dənizdə genişzolaqlı rabitə imkanlarını təkmilləşdirməyə davam edir. Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı və stabil internet xidmətləri təqdim edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR