Dünənki hərbi əməliyyatda adı keçən Sarıbaba dağı -

Sosial şəbəkədə Ordumuzun dünənki antiterror əməliyyatında adı xüsusi keçən Sarıbaba dağının möhtəşəm görüntüsü yayılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paylaşım edib.

O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən – doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib: “Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa rayonunun ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib. Ordumuza eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”, Ə. Hüseynov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR