Azərbaycan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

"Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq getdikcə genişlənir".

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə yazıb.

O bildirib ki, Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin şöbə müdiri Həsən Əmrah Dəmirçioğlu Azərbaycanda səfərdədir. Səfərin məqsədi təhlükəslik sahəsində seminarda iştirak etmək və təcrübə mübadiləsi aparmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR