Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəralüminium” MMC-nin birgə əməkdaşlığı çərçivəsində növbəti yükdaşıma əməliyyatı həyata keçirilib.

Metbuat.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, bu dəfə Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac edilib. Gəncə-Pingyuan marşrutu üzrə hərəkət edən blok qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən qatar Ələt limanından Qazaxıstanın Aktau limanına “Barıs” fider gəmisi vasitəsilə çatdırılıb, daha sonra Qazaxıstan ərazisi ilə Çinə istiqamət götürüb.

Konteynerlərdən səmərəli istifadə olunması məqsədilə bir müddət əvvəl ölkəmizin ərazisinə bişmiş karbon anod bloklarının gətirildiyi konteynerlərə yaşıl neft koksu yüklənərək emal üçün yenidən Çinə göndərilib.

Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR