Yevlaxda baş verən yanğınla bağlı TƏBİB məlumat yaydı

Yevlax rayonunda çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bir nəfər isə əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR