Media Reyestri yaxın günlərdə fəaliyyətə başlayacaq

“Yaxın günlərdə Media Reyestri yaradılacaq”.

Metbuat.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, son vaxtlar medianın inkişafı ilə bağlı xeyli islahatlar həyata keçirilib: “Media haqqında” yeni qanun qəbul edilib. Biz cəmiyyətin media savadlılığının artırılması istiqamətində işlər görməliyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR