Aİ səfiri “Qarabağ”ı belə təbrik etdi

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, səfir bu barədə özünün tviter səhifəsində yazıb.

"Bir daha Azərbaycanın “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edirəm. Daha bir möhtəşəm futbol matçı!", - deyə Mixalko bildirib.

Xatırladaq ki, avqustun 9-da Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubunu 3:1 hesabı ilə məğlub edib. İki oyunun nəticəsinə əsasən (Bakıdakı ilk oyun 1:1 hesabı ilə başa çatıb) “Qarabağ” pley-off mərhələsinə yüksəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR