Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın baş verib

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR