Rasim Balayevin "Sən şair deyilsən" fikirlərinə Elza belə

Əməkdar artist Elza Seyidcahan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri, Xalq artisti Rasim Balayevin onun haqqında səsləndirdiyi " Ona deyən yoxdur ki, bala, işinlə məşğul ol. Sən şair deyilsən" fikirlərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Əməkdar artist ARB tv-də yayımlanan "Onun sirri" verilişində bildirib ki, Rasim Balayevin onun haqqında tənqidi fikirlər səsləndirməsi onun üçün fəxrdir:

"Hər bir şairin, bəstəkarın öz oxucusu var. Rasim Balayevə təşəkkür edirəm. Mənim gözəl oxucumdur, hətta məni müzakirə də edir. Mənim kimi böyük bir şairi bizim aktyorumuz, xalqımızın gözəl sənətkarı əgər müzakirə edirsə, bu, mənim üçün fəxrdir. Mənim yazdığım şeir Rasim Balayevi qane edər. Hələki qane etmirəmsə, mən də onun haqqında nələrsə deyə bilərəm. Çünki o bizim Nəsimimizidir. Biz onu həmişə xasiyyətində, həyat tərzində İmadəddin Nəsimi kimi görmək istəmişik. Amma mən ona o sözləri demərəm, özümə yaraşdırmaram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR