Beşəmlərin son vəziyyəti açıqlandı

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulan beşəmlərin müalicəsinə davam edilir.

Metbuat.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, beşəmlərdən 3-nün vəziyyəti kritik ağırdır. Biri “CPAP”, ikisi süni ventilyasiya aparatındadır. Körpələrdən ikisinin vəziyyəti isə ağır olaraq qalır. Onlar binazal zond vasitəsilə nəmləndirmiş oksigen alır.

Qeyd edək ki, avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində 27 yaşlıq qadının 4 oğlu və 1 qızı doğulub. O, hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlmiş, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. İnstitutda onlara bütün zəruri kliniki, laborator müayinələr aparılıb və buna uyğun olaraq müalicələrinə davam edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR