Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubu İngiltərə Çempionşipinin 4-cü turunda “Börnli”nin qonağı olub.

Metbuat.az xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb. “Hall Siti”nin qoluna türkiyəli futbolçu Ozan Tufan imza atıb. Qeyd edək ki, “Hall Siti” 8 xalla 2-ci sıradadır. “Hall Siti” iki dəfə qələbə qazanıb, iki dəfə isə heç-heçə edib. Onu lider “Bləkbörn Rovers”dən 1 xal ayırır.