20 illik arvadı Tottiyə Kriştiano ilə xəyanət etdi: Rəsmən boşandılar - FOTOLAR

İtaliya futbolunun əfsanəsi Françesko Totti həyat yoldaşı İlari Blasidən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb. İddialara görə, Totti, həyat yoldaşı ona xəyanət etdiyi üçün ayrılmaq qərarını verib. Bildirilir ki, 45 yaşlı Totti həyat yoldaşının şəxsi məşqçisi Kriştiano Lovino ilə çox vaxt keçirməsindən narahat olub. Keçmiş futbolçu 41 yaşlı həyat yoldaşının telefonuna baxanda isə Kriştiano ilə sevgi mesajlarının olduğunu müşahidə edib.

Qeyd edək ki, cütlük 20 il evli qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR