Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri vətəndaşı qəbul edib

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov vətəndaşı qəbul edib.

Bu barədə Metbuat.az-a qurumdan məlumat verilib.

Qəbulda vətəndaşın elektrik enerjisi şəbəkəsinə qoşulma ilə bağlı müraciəti dinlənilib və nəzarətə götürülüb.

AERA-da sədrin qəbulu hər həftənin çərşənbə günü həyata keçirilir. Eyni zamanda vətəndaşların müraciətləri “Çağrı Mərkəzi” (012) 974), telefon müraciət xidməti (598-16-53/54/55), eləcə də office@regulator.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbul edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR