DÇ-2022 üçün indiyədək satılmış biletlərin sayı açıqlandı

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bu günədək satılmış biletlərin sayı açıqlanıb.

Metbuat.az FIFA-ya istinadən xəbər verir ki, hələlik 2,45 milyon bilet sahibini tapıb.

Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Argentina, Braziliya və Almaniya azarkeşləri mundiala daha çox maraq göstərib.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR