"Real Madrid"i sarsıdan ayrılıq: Gözlənilmədən klubu tərk etdi -

“Mançester Yunayted” “Real Madrid”in əsas oyunçularından hesab olunan Kazemironu transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Bildirilir ki, klublar 71 milyon avro qarşılığında razılaşıb. “Real Madrid” əvvəlcə Kazemironu satmaq istəməsə də, son qərarı futbolçunun özünə həvalə edib. İngiltərə təmsilçisi futbolçu ilə danışıqlar zamanı razılıq əldə edib. Razılığa əsasən Kazemironun müqaviləsi 4+1 il olacaq. 30 yaşlı futbolçu ildə təqribən 25 milyon avro qazanacaq. Kazemironun ayrılması barədə qərarı “Real Madrid” cəbhəsində şok effekti yaradıb. Transfer barədə hələlik rəsmi açıqlama verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR