Dünyanın ən tənha insanı

Braziliyada heç kimlə təmasda olmayan və yerli etnik qruplardan birinin qalan sonuncu üzvü vəfat edib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs son 26 ildə tam təcrid olunmuş vəziyyətdə yaşayıb.

O, dərin çuxurlar qazdığına görə, "çuxur adam" kimi də tanınırdı. Bəzi çuxurları heyvanları tələyə salıb ovlamaq üçün, bəzilərini isə gizlənmək üçün qazırdı.

"Çuxur adam"ın təxminən 60 yaşında olduğu və təbii səbəblərdən öldüyü güman edilir. Onun cəsədi avqustun 23-də samandan tikilmiş daxmasının yanındakı hamakda tapılıb. Cəsədində zorakılıq əlamətlərinə, ərazisinə hər hansı basqın olduğuna dair sübutlara rast gəlinməyib. Lakin rəsmilər bildiriblər ki, polis hələ də ölümdən sonra araşdırma aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR