Xəbər verdiyimiz kimi, ötən gün SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 91 yaşında ölüb. Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.

Metbuat.az xəbər verir ki, dünya liderləri onun haqqında müxtəlif fikirlər səsləndiriblər.

ABŞ prezidenti Co Bayden Qorbaçovu uzaqgörən insan adlandırıb. Prezident bildirib ki, Qorbaçov gələcək üçün öz karyerasını riskə atan nadir liderlərdən olub

Co Bayden ikinci dəfə prezidentliyə namizədliyini vermək istəyir

Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas isə Baydenin fikirlərinin əskinə olaraq Qorbaçovu kriminal dəstə başçısı, cinayətkar adlandırıb:

"Yadımdadır, 1982-1985-ci illərdə baş katibləri bir-bir oksigendən ayırırdılar, Mixail Qorbaçov isə Qərbdə eyforiyaya səbəb olurdu. Dərhal olmasa da, bunun səbəbləri olub (soyuq müharibənin sonu, Almaniyanın birləşməsi...). Lakin o, kriminal dəstənin başçısı olub, bu mahiyyəti heç "Qlasnost"la da dəyişmək olmaz. Baxmayaraq ki, bu, partiya monolitinin parçalanmasına yol açdı. Litvalılar və digərləri də vəziyyətdən məharətlə istifadə edib müstəqilliklərini bərpa etdilər. O, demokratik dövlət nöqteyi-nəzərdən Vilnüs, Tbilisi, Almatı, Bakı və digər şəhərlərdə dinc etirazları qəddarcasına yatırmaq əmrini verən cinayətkar idi. Peşmanlığı olmayıb. Düzdür, ölən haqqında ya yaxşı danışarlar, ya da heç nə. Lakin bu dəfə deyil", - nazir qeyd edib.

Russia already has nuclear weapons in the Baltic region, says Lithuania - SWI swissinfo.ch

BMT-nin Baş katibi Antonio Quterreş də Qorbaçovun unikal dövlət xadimi olduğunu deyib:

"Tarixin gedişatını dəyişdirən unikal dövlət xadimi Mixail Qorbaçovun vəfatı xəbəri məni dərindən kədərləndirdi. O, Soyuq Müharibənin sülh yolu ilə başa çatması üçün hər kəsdən çox iş görüb. Dünya güclü qlobal lideri, sülhün yorulmaz müdafiəçisini itirdi".

Antonio Quterreş: Koronavirus sağlamlığa və sosial-iqtisadi vəziyyətə ciddi zərbə vuran bəşəri böhrandır - AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron da Mixailin ölümü ilə bağlı fikirlər səsləndirib:

"Ruslar üçün azadlıq yolu açan sülhsevər Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verirəm. Onun Avropada sülhə sadiqliyi ortaq tariximizi dəyişdi".

Makron Rusiya və Ukraynaya səfər edəcək - Türkiye'nin haber kaynağı

Böyük Britaniyanın baş naziri Boris Conson Qorbaçovun sülh üçün göstərdiyi cəsarətə həmişə heyran olduğunu deyib:

"Mən onun Soyuq Müharibəni sülh yolu ilə sona çatdırmaqda göstərdiyi cəsarət və dürüstlüyünə həmişə heyran olmuşam. Putinin Ukraynaya təcavüzü dövründə onun sovet cəmiyyətinin açılmasına yorulmaz sadiqliyi hamımız üçün nümunədir".

Boris Conson: Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq - 04.11.2021, Sputnik Azərbaycan

Avropa Komissiyasının sədri Ursula Von Der Leyen Qorbaçovun hörmətli lider olduğunu yazıb:

"Mixail Qorbaçov etibarlı və hörmətli lider idi. O, Soyuq Müharibənin sona çatmasında və "Dəmir pərdənin" yıxılmasında həlledici rol oynadı. O, azad Avropaya yol açdı. Bu, bizim unuda bilməyəcəyimiz bir mirasdır".

The nomination of von der Leyen – CEPS

Qeyd edək ki, Rusiyada Mixail Qorbaçova qarşı olan münasibət fərqli olub. Kimiləri onu dövlətə xəyanətdə ittiham etsə də, bir qismi Qorbaçovun yeritdiyi siyasətin tərəfində olub.