Yeni "iPhone 14"ün nə özəllikləri var? -

Amerikanın "Apple" korporasiyası dörd yeni smartfon təqdim edib.

Metbuat.az xəbər verir ki, yeni məhsullarına "iPhone 14" və "iPhone 14 Pro" və böyüdülmüş modellər - müvafiq olaraq 6,1 və 6,7 düym diaqonalları olan "iPhone 14 Plus" və "iPhone 14 Pro Max" daxildir.

Bütün modellər bir şarjla 24 saat və ya daha çox işləyə bilər.

Foto və video çəkmək funksiyalarına gəlincə, silkələnmə zamanı şəkli daha yaxşı sabitləşdirmək üçün hazırlanmış "Action Mode" hazırlanıb. "iPhone 14" və "iPhone 14" Plus smartfonları 12 meqapiksellik ön kamera ilə təchiz edilib.

Bu yeni məhsula peyklər şəbəkəsi vasitəsilə təcili xidmətlərə zəng etmək mümkündür. Texnologiyadan istifadə etmək üçün smartfonu yeni xəttdən konkret peykə yönəltmək lazımdır ki, bu da istifadəçinin rahatlığı üçün xüsusi quraşdırılmış "xəritə"də göstəriləcək.

Həmçinin, elan edildiyi kimi, smartfon modellərində SİM kart yuvası olmayacaq, lakin müxtəlif operatorlar arasında keçidlə "eSIM" dəstəyi olacaq.

"iPhone 14 Pro" və "iPhone 14 Pro Max" modelləri enerji səmərəliliyini, həmçinin ekran və kamera imkanlarını yaxşılaşdıran yeni A16 çipinə malikdir.

Qiymətinə gəlincə, "iPhone 14" 799 dollar, "iPhone 14 Max" 899 dollardır. Sifarişlər sentyabrın 9-dan qəbul ediləcək, smartfonlar isə sentyabrın 16-da satışa çıxarılacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR