Türkiyənin İzmir şəhərində konsert üçün qurulan səhnə uçub.
Metbuat.az xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən Cümhuriyyət meydanı yaxınlığında qurulan səhnənin yuxarı hissəsi naməlum səbəbdən çöküb. Hadisə zamanı işçilərdən biri yaralanıb.
İzmir Böyükşəhər Bələdiyyə başçısı açıqlama verərək bildirib ki, konsertlə bağlı məlumat veriləcək.
Xatırladaq ki, konsert proqramı 9 sentyabr - İzmir şəhərinin düşməndən azad edilməsi gününə həsr edilmişdi.