"Ermənistanı sülhə məcbur etmə əməliyyatı labüddür. Ermənistanın Kəlbəcər istiqamətində dövlət sərhəddində atəşkəsi mütəmadi pozması Azərbaycanı preventiv addımlar atmağı məcbur edir".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, okal hərbi əməliyyatlar fonunda Qarabağda silahlı erməni birləşmələrinin ləğvi və dövlət sərhəddində Ermənistanın təxribatlarına son verməklə sülh müqaviləsinin imzalanması tezləşdirilə bilər.

"Rusiya və ABŞ sülhə qarşıdır. Hər iki ölkə Qarabağda "status" məsələsini qabardır. Bu Rusiyanın dövlət siyasəti, ABŞ-ın isə, "erməni lobbisinin" təsiri ilə hərəkət etməsidir. Qeyd edim ki, Ermənistan Azərbaycanın 5 təməl prinsiplərini qəbul etsə də, Qarabağın yekunda "status" məsələsini qabardır. Azərbaycan üçün "status" məsələsi bitib. Ermənistana növbəti dəfə hərbə təzyiqlər etmək lazımdır" - deyə politoloq bildirib.

Metbuat.az